“Klassik gitara -
sehrli simlər”
İyunun 5-də Niyazinin mənzil-muzeyində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin klassik musiqi həvəskarları klubunun təşkilatçılığı ilə “Klassik gitara - sehrli simlər” ansamblının konserti olub. Əvvəlcə ansamblın bədii rəhbəri Elmar Sultanov kollektiv barədə məlum verib.
Konsertdə
klassik dünya musiqiçiləri ilə yanaşı, Azərbaycan
bəstəkarlarının da əsərlərindən
nümunələr ifa edilib. Antonio Diabellinin “Prelyud”, Emin
Sabitoğlunun “Zaman”, Fikrət Əmirovun “Min bir gecə”
baletindən Mərcanın rəqsi, Bizenin “Habanera” əsərləri
musiqisevərlər tərəfindən maraqla
qarşılanıb.
Mədəniyyət.- 2013.- 7 iyun.-
S. 4.